Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mərhum musiqiçinin sərvəti onun keçmiş sevgilisinə qaldı
"One Direction" qrupunun keçmiş üzvü Liam Peynin keçmiş sevgilisi Şeril Kol müğənninin 32,2 milyon dollar dəyərindəki mirasının rəsmi varisi olub.
Oxu.Az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
Liam vəsiyyət qoymadığı üçün Böyük Britaniyadakı əmlakının idarə edilməsi vəzifəsi Şeril Kola və hüquqşünas Riçard Mark Breyə həvalə edilib. Lakin hazırda onların vəsaitlərdən istifadə etməsi qadağandır, səlahiyyətləri məhduddur.
Xatırladaq ki, Liam Peyn 2024-cü ilin oktyabrında Argentinada hotelin üçüncü mərtəbəsinin eyvanından yıxılaraq həyatını itirib. Toksikoloji analiz nəticəsində onun orqanizmində spirt və qadağan olunmuş maddələr aşkar edilib.
"Şou-biznes" teqi üzrə xəbərlər
- Castin Biber ağır narkotik vasitələrdən istifadə edir? - Yaxın adamı açıqladı
- Sibel Can illər sonra imicini dəyişdi: Yeni görkəmi ilə təəccübləndirdi
- Xəstəxanaya yerləşdirilən Şakiradan XƏBƏR VAR - Hoteldən çıxanda görüntüləndi
- Toydan onminlərlə manat pul qazanan müğənnilərin nə qədər vergi borcu var? - ARAŞDIRMA
- Xalq artistindən səmimi etiraf: "Qadınlığımı unutmuşam"