Yanvarın 22-də intihar etmiş İsa Şahmarlı özünün Facebook səhifəsində bu sözləri homoseksual olduğuna görə cəmiyyət tərəfindən təzyiqə məruz qaldığı üçün yazmışdı:
“Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm...Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida”.
Oxu.Az xəbər verir ki, mütəmadi təhqir və təhdidlərə dözə bilməyən 20 yaşlı gənc elə öz evindəcə özünü asıb.
Cəmiyyətdəki diskriminasiyalarla bağlı hər zaman kəskin çıxışlar edən məşhur şairə Ülviyyə Alovlu bu dəfə də öz iradını bildirərək, homoseksuallara dəstək çıxıb:
“Hər birimizi Allah bərabərhüquqlu yaradıb. Kimisə cinsi oriyentasiyasına görə tənqid, təhqir və təqib edərək ölümə çatdırmaq, elə özü qətl sayılmalıdır. Başqasının intim həyatına burun soxmaq tərbiyəsizlikdir. Heç birimiz ideal deyilik. Hər kəs yalnız öz günah və savablarına görə cavabdehdir. Gəlin, hakimlik etməyək. Hamının yalnız bir hakimi var, onun işinə qarışmaq olmaz! Cinsi diskriminasiyaya yox deyək! Onlar da kiminsə övladları, əzizləridir!” - deyə, şairə öz hiddətini bildirib.
Aytən Sadıqzadə
www.oxu.az