Xəbər verdiyimiz kimi “Miss Globe İnternational” gözəllik müsabiqəsinin final mərhələsi paytaxtımızda avqust ayının 27-si “Baku Crystal Hall”da baş tutacaq.
Oxu.Az-ın məlumatına görə, müsabiqədə Azərbaycanı təmsil edəcək model Banu Şücai ötən gün fotokamera qarşısına keçib.
Belə ki, 18 yaşlı gözəl müsabiqənin sponsorlarından biri olan “Femina” xəz-dəri qalereyasının gözoxşayan kürklərini geyinərək həm özünün, həm də xəzlərin gözəlliyini nümayiş etdirib.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçiriləcək “Miss Globe İnternational” gözəllik müsabiqəsini işıqlandırmaq üçün Türkiyədən “Kanal D magazine”, “Star magazine”, “Show Tv magazine”, “Tv8 Magazin” proqramlarının çəkiliş qrupu da gələcək. Müsabiqə canlı yayımla üç dildə: Azərbaycan, türk və ingilis dillərində yayımlanacaq.
“Miss Globe İnternational” gözəllik müsabiqəsinin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az