“Qafqazinfo” xəbər verir ki, Moskvada “Krokus Siti Holl”da baş tutan möhtəşəm finalda 86 ölkə arasından Venesuela təmsilçisi Qabriela İsler birinciliyə layiq görülüb.
“Miss Kainat 2012”nin qalibi olmuş Oliviya Kalpo qalibə dəyəri 120 min dollardan yuxarı olan tacı təqdim edib.
Tacdan başqa, qalibə dörd milyon dəyərində hədiyyə də veriləcək. Bundan başqa, müsabiqənin qalibi ilə Miss Universe Organization müqavilə imzalayacaq ki, müqaviləyə əsasən qalib təşkilatın bir illik təmsilçisi olacaq.
Xatırladaq ki, Araz və Emin Ağalarovların təşəbbüsü ilə bu müsabiqə ilk dəfə olaraq Rusiyada baş tutub. Azərbaycanı bu yarışda təmsil edən Aysel Manafova finala vəsiqə qazana bilməyib.









--
Oxu.Az