Türkiyənin Çeşmə kurort şəhərində “Miss Exclusive of the World 2013” beynəlxalq gözəllik müsabiqəsinə hazırlıq davam edir.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Azərbaycanı müsabiqədə Səma Rəsulovanın “Venera” model agentliyinin aparıcı modellərindən biri Maya Cəfərova təmsil edir. O, artıq ikinci həftədir ki, Çeşmədə müsabiqəyə hazırlaşır.
Xatırladaq ki, “Miss Exclusive of the World 2013”ün finalı avqustun 31-də keçiriləcək. Final gecəsi 10.000 tamaşaçı yerinə malik Çeşmə amfiteatrında baş tutacaq.








www.oxu.az