Azərbaycana məşhur axını davam edir.
Oxu.Az xəbər verir ki, ölkəmizdə çıxış edəcək növbəti məşhur əcnəbi sənətçi türkiyəli müğənni Murat Bozdur.
Konsert 2014-cü il mart ayının 17-si və 18-də Heydər Əliyev Sarayında keçiriləcək.
Biletlərin qiyməti 30-290 manat arasında dəyişir.
Qeyd edək ki, bu, Murat Bozun Bakıda ilk solo konserti olacaq. Sənətçi 2012-ci ilin mart ayında Bakıda konsert verməyi planlaşdırsa da, həmin konsert baş tutmamışdı.

Aytən Sadıqzadə
www.oxu.az