ANS-in efirində yayımlanan “Deməsək olmaz” verilişində məşur valideynlər və onların övladları mövzusu müzakirə olunub.
Oxu.Az xəbər verir ki, proqramın yaradıcı heyəti xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşovanın evində qonaq olub.
Nikahsız uşaq dünyaya gətirən ifaçı bununla bağlı yaranan söz-söhbətlərə belə aydınlıq gətirib:
“Minlərlə insan dünyaya övlad gətirir. Mən kiminsə işinə qarışıram? Bu, mənim şəxs həyatımdır. Haqqımda gəzən söz-söhbətlər oğluma qurban olsun”.