Hindistanda keçirilən “İndiasBestCineStarKiKhoj” müsabiqəsinin qalibi tanınmış rəqqasə Oksana Rəsulovadan xəbər var.
Oxu.Az-a açıqlama verən rəqqasə deyib ki, Hindistanda tanınmış fotoqrafı Avinash Govarikerin foto-kameraları önünə keçərək, fotosessiya etdirəcək:
“Hazırda Hindistandayam. Yeni layihəmin çəkilişlərinə görə burdayam. Bu yaxınlara sevənlərimə yeni fotosessiyamı təqdim edəcəm. Həmin layihədə 5 obrazdayam. Bir obrzada all-natural olacam. Bu çəkilişlərin yüksək səviyyədə keçirildiyini deyə bilərəm. Çünki həmin fotoqraf Şakrux Xan, Salman Khan, Amir Khan, Ayşvariya Ray kimi hindistanlı ulduzlarla işləyib”.
Qeyd edək ki, O.Rəsulovanın yeni fotosessiyasının obrazını stilisti Malvika Talvar, vizajisti make-up Vipul Bhagatdir.
Aytən Sadıqzadə