Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Özcan Deniz infarkt keçirib
Son zamanlar ailəsi ilə yaşadığı problemlərlə gündəmə gələn türkiyəli sənətçi Özcan Denizin infarkt keçirdiyi məlum olub.
Oxu.Az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, aktyor rol aldığı "Kızıl Goncalar" serialının çəkiliş meydançasında huşunu itirib.
Qeyd olunur ki, ilk müdaxilədən sonra anju edilən Deniz iki həftə sonra yenidən xəstəxanaya gedəcək və ürəyindəki tıxanmış damara stent qoyulacaq. Məşhur aktyorun hazırda evə buraxıldığı bildirilir.
Xatırladaq ki, aktyor bu dəfə anası ilə yaşadığı problemlərlə gündəmə gəlib. Özcan Denizin anası oğlu və gəlini barəsində uzaqlaşdırma və qoruma tədbiri istəyib, məhkəmə prosesi başlayıb.
Özcan Denizin anası Kadriye Dənizin müğənninin həyat yoldaşı Samar Dadgarı döydüyü də iddia edilib.
Müğənninin ötən il yaydığı açıqlamaya görə, onun qardaşı ilə də münasibətləri pisləşib və onunla yollarını ayırıb.
"Özcan Deniz" teqi üzrə xəbərlər
- Ailəsi ilə yaşadığı problemlərə görə xəstəxanalıq olan Özcan Dənizin son vəziyyəti açıqlandı
- Türkiyəli məşhur müğənni sabah Bakıya gəlir
- Özcan Deniz təhdid olundu: “Ölməyə layiqsən...” - FOTO
- Özcan Dəniz iranlı sevgilisi hamilə olduğu üçün evlənib? - FOTO
- Özcan Denizin Bakıdakı konsertindən FOTOREPORTAJ