Türkiyənin tanınmış və qalmaqallı prodüseri Erol Köse ölkədəki rüşvət əməliyyatı ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb.
Oxu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prodüser tvitter hesabında müğənni Ebru Gündəşin həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrab haqqında bunları yazıb:
“Sabahınız xeyir, baxaq görək bu gün kim soydu milləti…Kim ölkəni bölməyə çalışdı…Bu an etibarı ilə Ebru Gündəşin iki villası müsadirə olundu. Yeniyetmə sifət ərinin bütün mal varlığı müsadirə olundu. Ən çox Ebruya üzüldüm. Hər kəs bilir ki, sırf pulu üçün onunla evlənmişdi . Heç onun tipi deyildi. Bax gör nə oldu indi? Əldəki pullar da getdi. Azəri qızı Günel, canını Zərrabdan yaxşı qurtardın sən …Ya da ahın tutdu”.
Aytən Sadıqzadə
www.oxu.az