Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qəzəlxan Əbdül Fəqir insanı idarə edən 3 qüvvədən DANIŞDI
"İnsan içində gözəlliyi axtarsa, bayırda da onu tapacaq. O, günə başlayanda özünə deməlidir ki, mən bu gün gözəllikdən başqa bir şey axtarmayacağam".
Bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində qəzəlxan Əbdül Fəqir deyib.
O bildirib ki, təşəkkür dildə yox, əməldə icra olunmalıdır.
"Necə ki, valideyn uşağına tərbiyə verir, övladı da bunu cəmiyyətdə göstərirsə, valideynə əməli ilə təşəkkür etmiş olur. Belə bir şey var ki, xəstəni heç kim tənqid etmir, danlamır. Hətta üç gündən, bir həftədən sonra dünyasını dəyişəcəyini bilsələr də, yenə də ona təsəlli verirlər ki, təki sağalsın. Bəs niyə bunları mənəvi xəstələr üçün etmirlər?! İmadəddin Nəsimi deyib ki, danlanana təəccüb etmirəm, danlayana təəccüb edirəm ki, həmin insanda olmayan şeyi ondan tələb edir", - deyə qəzəlxan qeyd edib.
Ə.Fəqirin sözlərinə görə, insanın ruhunu üç qüvvə idarə edir: "Bunların içində xammal ağıldır. İnsanın daxilində iki qüvvə var ki, ağıldan istifadə edir. Onlardan biri nəfs, digəri isə eşq, yəni qəlbdir. Əgər qəlb ağıldan istifadə etsə, o zaman insanı sevindirəcək, ona gözəl hisslər yaşadacaq. Amma ağıl nəfsin əlinə keçsə, bunların əksi olacaq. İnsanın ağlı işləməsə də yaşaya bilir, lakin ürəyə nəsə olsa, o ölər. Ona görə də ürək ağıldan üstündür".
Ətraflı süjetdə:
Rəylər