Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Hizbullah" atəşkəsdən sonra ilk dəfə İsrail mövqelərinə zərbələr endirib
"Hizbullah" hərəkatı atəşkəs sazişi bağlandıqdan sonra ilk dəfə İsrail ordusunun Livanla sərhəddəki Kfar Şuba kəndi ərazisindəki mövqelərinə hücum etdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Mənar" telekanalı hərəkatın bəyanatına istinadən məlumat yayıb.
Məlumatda bunun İsrail tərəfindən atəşkəs razılaşmasının dəfələrlə pozulmasına cavab olduğu qeyd edilir.
"İsrail ordusu Livanın cənubunda və Bekaa vadisində hücumları gücləndirib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb", - hərəkatın bəyanatında bildirilir.
Xatırladaq ki, İsrail və Livan arasında atəşkəs razılaşması noyabrın 27-də səhər saatlarında qüvvəyə minib.
"İsrail-Livan gərginliyi" teqi üzrə xəbərlər
- Netanyahu: "Dəməşqdə hakimiyyət dəyişikliyi İsrail üçün yeni imkanlar açır"
- İsrail ordusu Livandakı terrorçu hədəflərə hücuma başlayıb
- İsrail ordusu Suriya üzərində İrandan uçan təyyarəni geri çevirib
- HƏMAS Qəzzada atəşkəsi müzakirə etməyə hazırdır
- Atəşkəsdən sonra livanlı qaçqınlar evlərinə qayıtmağa başlayıblar
Rəylər