Tanınmış türkiyəli müğənni Rafet El Romanın sabah Azərbaycanda verəcəyi konsert təxirə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə konsertin təşkilatçısı Nahid Emiloğlu məlumat verib:
“Bildiyiniz kimi, Rafet El Roman Almaniya vətəndaşıdır. Bakıya oğlu ilə gəlməyi planlaşdırırdı. Viza məsələsində problem yaranıb. Buna görə də bu gün Azərbaycana gələ bilməyəcək. Konserti iyunun 28-nə saat 21:00-a qədər təxirə saldıq. İstəyirik ki, konsert şənbə gününə düşsün. İyunun 7-nə alınan bütün biletlər iyunun 28-i üçün keçərli olacaq”.
Xatırladaq ki, iyunun 28-də gerçəkləşəcək konsertdə müğənni Günay İbrahimli də səhnəyə çıxacaq. Gecənin aparıcısı Zaur Nəbioğlu olacaq.