Rəqqasə Fatimə Fətəliyeva aprelin 3-ü paytaxt məkanlarının birində doğum günü və klip təqdimatı keçirib.
Oxu.Az xəbər verir ki, gecəyə şou-biznesin bir çox tanınmış simaları və media nümayəndələri təşrif buyurub.
Fatimə tədbirin əvvəlində sənət dostları ilə birgə hind filmindən canlandırdıqları “Om şhanti om” klipini təqdim edib.
Bir çox məqamlarla yadda qalan gecədə məşhurlar həm ifalarını səsləndirib, həm də rəqs ediblər.
Qeyd edək ki, Fatimənin ad günündə xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər Mətanət İsgəndərli, Nüşabə Ələsgərli, müğənnilər Vasif Məhərrəmli, Elnur Məmmədov, Xatirə İslam, Roza Zərgərli, Aşıq Samirə, Nadir Qafarzadə, Sevda Yahyayeva, Manaf Ağayev, Kərim Abbasov, Emil Bədəlov, Rəqsanə İsmayılova, Aslan, Ramal İsrafilov, Niyam Səlami, Səlim Abbasov, Aysel Əlizadə, Elnarə Xəlilova, Zarina Məmmədova, prodüserlər Tolik, Təranə Səmədova, aparıcı Vüsalə Əlizadə, aktyorlar Rafael və Coşqun, stilist Samiraldo (Samir Əliyev) və başqaları iştirak edirdilər.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az