Deyəsən, bu Yeni İldə də şou əhli arasında ailə quranların sayı çox olacaq.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-ya açıqlamasında müğənni Rəqsanə Aysunun təhsili ilə əlaqədar olaraq toyun vaxtının uzadıldığını bildirib:
“Allah bütün balaları saxlasın, hər evə xeyir iş qismət etsin. Aysun indi Moskvada təhsil alır. Təhsilin ortasında ailə qurması doğru deyil, başı dərslərinə qarışıb. İnşallah qızımın toyu yayda baş tutacaq. Ona təmtəraqlı toy edəcəm və media əhlinə qapılar açıq olacaq”.
Qeyd edək ki, Aysunun gələcək həyat yoldaşı Azərbaycanın iş adamlarından birinin oğludur.