“CBS” radiosunun təşkilatı dəstəyi ilə insanları döş xərçəngi barəsində maarifləndirmək üçün Rihanna, Calvin Harris və Demi Lovato Hollywood Bowl-da konsert proqramı ilə çıxış ediblər.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Rihanna geyim tərzi ilə gecənin ən çox danışılan məşhurlarından olub.
Yüksək bel cızıqlı şalvarı və uzunqol blazeri sarı rəngli büstqalter ilə tamamlayan ifaçı seksual görkəmdə tamaşaçıların qarşısına çıxıb.