“Səhnə adamı tez-tez dəyişməlidir. Qadın depressiyaya düşəndə saçı, qaşı-gözü ilə oynayır”.
Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli ARB telekanalında yayımlanan “Ona qalsa” səhər şousunda qonaq olarkən deyib.
Sənətçi karantin dövründə depressiyaya düşdüyünü etiraf edib:
“Bu qədər işsiz oturmağa öyrəşməmişəm. Karantindən öncə oynaqlarımda iki əməliyyat keçirdiyimdən iki ay evdə oturdum. Beləliklə, düz beş ay evdə qaldım”.
Rəşad Əliyev