Rusiyalı müğənni Dima Bilan nəvələri ilə görüntülərini izləyiciləri ilə bölüşüb.
Oxu.Az-ın məlumatına görə, sənətçi "Instagram" hesabında Pestretsı ərazisinə səfərindən yeni video yayımlayıb.
O, səfər zamanı qohumları ilə bir araya gəlib və nəvələri ilə tanış olub.
"Mən artıq üçüncü dərəcəli babayam!" - deyə Dima Bilan təəccübünü ifadə edib.
Tanınmış rusiyalı müğənni Dima Bilan baba olub.
Oxu.Az xəbər verir ki, sənət adamı bu xəbəri avqust ayının 27-də özünün sosial media hesabında izləyiciləri ilə bölüşüb.
İfaçı şəxsi həyatı ilə bağlı ətraflı məlumat yaymaqdan çəkinib və bu sevindirici hadisəni sadəcə qısa bir ismarıcla çatdırmağı üstün tutub.
Özünün "Telegram" səhifəsində pərəstişkarlarına səslənən D.Bilan, "Sizə layiq sensasiya: artıq nəvələrim var", - deyə paylaşım edib.

Qeyd edək ki, müğənni daha öncəki açıqlamalarında övlad sahibi olmaq məsələsində tələsmədiyini bildirmişdi. O, gənc yaşlarından etibarən özünü valideyn rolunda hiss etdiyini və hazırda bu duyğunun ona uzaq olduğunu vurğulamışdı.