Azərbaycanlı müğənni Teymur Qədirov Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə çəkdirdiyi şəkli paylaşıb.
Oxu.Az xəbər verir ki, M.Saakaşvili Bakıda olduğu müddət ərzində paytaxtın dəbdəbəli restoranında qonaq olub. Restoranda sabiq prezidentin qarşısında çıxış edən gənc müğənni Teymur Qədirov isə ifası ilə diqqət çəkib.
Belə ki, M.Saakaşvili dinlədiyi müğənninin ifasını bəyəndiyini deyərək, onu Gürcüstana dəvət edib.
Müğənni M.Saakaşvili ilə çəkdirdiyi şəklini sosial şəbəkələrdə paylaşıb.
Onu da qeyd edək ki, T.Qədirov bu yay ərəfəsində Bakıda konsert proqramıyla çıxış edəcəyi gözlənilən Türkiyənin məşhur müğənnisi Gökhan Özən ilə eyni səhnəni bölüşəcək.
T.Qədirovun konsertdə ifa etdiyi “I love you” (“Mən səni sevirəm”) mahnısına çəkdirdiyi klipin də təqdimatı olacaq. Klip Gökhan Özənin “Budala” klipinin oxşarıdır.