Xalq ulduzunun iştirakçısı həyat yoldaşı ilə onun arasına girən şəxsin kimliyini açıqladı.
Oxu.Az Gecce.az-a istinadla xəbər verir ki, “Gündəlik” verilişinin bugünkü qonaqları sırasında xalq mahnılarının gənc, mahir xanım ifaçısı İlahə İbadova da yer alıb. Hər zamanki kimi gözlənilməz açıqlamaları və qonaqlarına verdiyi suallarla seçilən Mətanət Əliverdiyeva bu dəfə İlahə İbadovanı “hədəf” seçib.
Belə ki, aparıcının müğənniyə ünvanladığı “Ailən niyə dağıldı?” sualı İlahə üçün bir qədər gözlənilməz olsa da, o, bu sualın cavabını verməkdən çəkinməyib:
“Əslində bizim aramızda heç bir problem yox idi. Bir-birimizi başa düşürdük. Valideynlərin müdaxiləsi oldu”.
Aparıcının “Qayınanan “Az, niyə yatmısan dur, dur ayağa” deyirdi?” sözlərinə İlahənin verdiyi bu açıqlama isə hər kəsi təəccübləndirib:
“Xeyr! Gəlib desəydi yenə başa düşülərdi. Rayondan Bakıya xəbər göndərilirdi. Qayınanamla yaxşı olmuşuq. Qayınanam pis olmayıb. Qayınatam bizdə aranı qatdı. Ayrıldıq!”.