Amerikalı reper Kris Braun onu qrup şəklində zorlamada ittiham edən qızdan məhkəməyə şikayət edib.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Reperin vəkilinin sözlərinə görə, qız verdiyi ifadədə hər hansı tutarlı dəlil gətirə bilməyib və cinayət araşdırmasının başlanılması üçün hər hansı əsas müəyyən edilməyib.
Xatırladaq ki, Kris Braun bir neçə gün əvvəl cinsi zorakılıq ittihamı ilə həbs olunsa da, sonradan sərbəst buraxılmışdı.