Məşhur rusiyalı repçi Timati “Formula-1” yarışları ilə əlaqədar Bakıya gəlib.
Oxu.Az-ın xəbərinə görə, sənətçi bu barədə öz “Instagram” hesabında məlumat verib.
Rəsmi “timatiofficial” səhifəsində paylaşılan videoda müğənninin “Fairmont” hotelində liftin nasazlığı nəticəsində qızlarla qaldığı bildirilib.
“Başa düşə bilmirəm, nə baş verir. Mən liftdə qalmışam. Kömək edin”, - Timati deyib.