Sezen Aksu 1996-cı ildə təyyarə qəzasında vəfat edən erməni əsilli musiqiçi, sevgilisi olmuş Onno Tunçdan danışıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə mətbuatın yaydığı məlumata görə, müğənni İstanbuldakı konsertində keçmiş günlərini xatırlayıb.
“Bilirsiniz 10 il Onno Tunçun sevgilisi olaraq yaşamışam. Bütün ermənilər təbii olaraq mənim qohumumdur”, - deyən müğənninin sözləri gurultulu alqışlarla qarşılanıb.
Qeyd edək ki, Ohannes Tunçboyacıyan - qısaca Onno Tunç olarak tanınır – erməni əsilli Türk musiqiçi və bəstəkar idi.