33 yaşlı türkiyəli rejissor Caner Ceyhandan gün ərzində xəbər ala bilməyən ailəsi polis bölməsinə müraciət edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ceyhanın Kadıköydəki evinə yollanan polis əməkdaşları orada rejissorun boğazından asılmış vəziyyətdə cansız bədəni ilə qarşılaşıb.
Evdən intihar məktubu da tapılıb. Mərhum rejissorun spirtli içkiyə aludəçi olduğundan keçirdiyi narahatlıqlara görə intihar etdiyi məlum olub.
Aytən Sadıqzadə
www.oxu.az