Türk filmlərində "Ayşecik" rolu ilə yaddaşlarda qalan məşhur aktrisa Zeynep Değirmencioğlu illər sonra ilk dəfə görüntülənib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən məlumat verir.
72 yaşlı veteran aktrisa restoranda yemək yeyərkən lentə alınıb.
Qeyd edək ki, hələ 2 yaşında ikən kamera qarşısına keçən Zeynep Değirmencioğlu "Yeşilçam"da canlandırdığı "Ayşecik" obrazı ilə populyarlıq qazanıb.
20 yaşına qədər bir çox fərqli layihələrdə rol alan aktrisa karyerasının zirvəsində ikən gözlənilmədən kino ilə vidalaşıb və bir daha kamera qarşısına keçməyib.
O, həmin dövrün məşhur futbolçusu, "Fənərbağça"lı Serkan Acarla evləndikdən sonra tamamilə fərqli bir həyat seçib. Hazırda İstanbulda daşınmaz əmlak agenti kimi çalışan Zeynep Değirmencioğlunun son görünüşü maraq doğurub. O, pərəstişkarları ilə şəkil çəkdirib.