Türkiyənin Əskişəhərində keçirilən müsabiqənin yarımfinalı dünən baş tutdu. Müsabiqədə Azərbaycanı təmsil edən Fərid Həsənov finala vəsiqə qazandı.
Oxu.Az xəbər verir ki, 23 ölkənin iştirak etdiyi müsabiqədə Azərbaycanı Fərid Həsənov təmsil edib.
Türkiyənin Əskişəhərində keçirilən müsabiqənin ölkəmizdə rəsmi yayım hüququ Azad Azərbaycan telekanalına məxsusdur.
Yarımfinal dünən ATV-də yayımlanıb.
Qeyd edək ki, müsabiqənin final gecəsi isə dekabrın 21-i Bakı vaxtı ilə axşam saat 20:30-da yenə ATV telekanalında canlı yayımlanacaq.
Aytən Sadıqzadə
www.oxu.az