Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Üzünə körpə uşağın hüceyrələrini vurduran Xatirə: “Söz tapa bilmirsiniz danışmağa?” - VİDEO
Müğənni Xatirə İslamın kosmetoloji prosedur zamanı həkimin söylədiyi “Yeni doğulan uşağın aktiv hüceyrəsini sizə köçürürük” kəlimələri gündəm olub.
Bizim.Media xəbər verir ki, sənətçi müzakirə predmetinə çevrilən məsələ ilə bağlı sosial şəbəkə hesabında videoaçıqlama yayıb.
“Bir neçə ay əvvəl kosmetoloqun yanında olmuşam. Kosmetoloq göstərib ki, “bu ampulanı biz Amerikadan sifariş etmişik. Həmin preparatın tərkibində isə uşağın nəyi-nəyi var…”
Yəqin ki, bilirsiniz, bizim üzümüzə çəkdiyimiz bir çox yumuşaldıcı kremlərin tərkibində spermatozoid var. Amma biz bunun mənşəyini haradan bilək? Biz bilirik bunu? Bunu tapmaq olmaz axı. Ağzınıza gələni yazanda, bilin nə haqda yazırsınız...
Siz kök hüceyrə haqqında danışırsınız. Azərbaycanda olan verilişlərin 90%-i kök hüceyrəni reklam edir. Ağrıların azalması üçün kök hüceyrəni ayağa, ələ, dizə, sümüyə də vururlar. Nə oldu bir dənə kosmetoloq həkimin deməyi ilə ki, bu preparatın tərkibində uşağın nə bilim nəyi var. Bunu axı həkimin özü düzəltməyib. Bu, hazır preparatdır. O da o preparatı nə iləsə qarışdırır, vurur camaatın üzünə. Bundan sonra da üzdə qırışlar azalır. Qurtarın bu işverənliyinizi. Bu şeyləri eləmək nəyə lazımdır? Söz tapa bilmirsiniz danışmağa?”, - deyə Xatirə vurğulayıb.
Rəylər