Müğənni Xatirə İslam mərhum aktrisa Xanım Qafarovanın qızına yardım edəcək.
Oxu.Az xəbər verir ki, ifaçı İnstaqram səhifəsində paylaşdığı fotolara “Xanım Qafarovanın qızı və anası... Yaşamaq üçün nə lazımdırsa, bu ailəyə həmişə mən tərəfdən ediləcək. Allah mənə imkan versin. Elə bilirəm bundan sonra bir dənə də qızım var” sözlərini yazıb.