Müğənni Xatirə İslamın azyaşlı oğlu Emil əməliyyat olunub.
Oxu.Az xəbər verir ki, ifaçı bu haqda sosial şəbəkədə məlumat verib.
“Xoş günləri görüb bəxtəvərlik verənlər belə şeyləri də görsün istədim. Ad günləri, toylarla yanaşı, balamın əməliyyatları da var alın yazımda. Şükür Allaha, qaldı ayılması”, - deyə o qeyd edib.
Xatırladaq ki, X.İslamın oğlu 2015-ci ildə anadangəlmə ürək dəlikləri probleminə görə əməliyyat olunmuşdu.
A.S.
www.oxu.az