Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə dekabrın 24-də “Yaxşıların yaxşısı - 2013” mükafatlandırma mərasimi keçiriləcək.
Oxu.Az-a verilən məlumata görə, tədbir “Jumeirah beach” otelində təşkil olunacaq.
Mükafat alanlar sırasında xalq artisti Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, əməkdar artist Tünzalə Ağayeva, Abbas Bağırov, müğənnilər Röya Ayxan, Sevda Yahyayeva, Zamiq Hüseynov, Miri Yusif, Günay İbrahimli, Elçin Cəfərov və Aysel Əlizadə yer alacaq.
Yazıçı Çingiz Abdullayev də “Yaxşıların yaxşısı - 2013” mükafatı alanlar arasındadır.
Gecənin aparıcıları Afaq Gəncəli və İlkin Həsəni olacaq.
Aytən Sadıqzadə
www.oxu.az