“Yetenek Sizsiniz” verilişinin qalibi, komediya ustası Atalay Demirci Azərbaycana gələcək.
Oxu.Az SİA-ya istinadən xəbər verir ki, tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək məqsədilə “Birgə Sağlam İctimai Birliyi”, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”, “Memoria Center” və “TÜSİAB” tərəfindən təşkil olunur.
Qeyd edək ki, şoumen dekabr ayının 25-də, saat 19:30-da “Dövlət Akademik Milli Dram” teatrında Stand-Up şousu ilə çıxış edəcək.