Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlin gözlənilən kinokomediyası: “Oğlan evi: Azərbaycansayağı qarət” – VİDEO
“Oğlan evi: Azərbaycansayağı qarət” kinokomediyasının treyleri ötən gün təqdim olunub.
Dekabrın 3-dən filmə paytaxt kinoteatrlarda baxmaq olacaq.
Oxu.Az xəbər verir ki, filmin ssenarisinə görə, 3 nəfərə Bakıda eyni mənzil satılıb. Qəhramanlar pullarını qaytarmaq üçün, bunu etmiş sahibkarın oğlunun toyunu qarət etmək qərarı verirlər.
Baş rollarını Fərda Amin, Elcan Rəsulov və İslam Mehrəliyev oynayan “Oğlan evi” filminin rejissoru İlham Qasımovdur.
Ssenari üzərində İ.Qasımovla bərabər Tural Sevdimalı və DJ Fateh işləyiblər. Texniki heyətinin bir hissəsini xarici mütəxəssislər təşkil edən “Oğlan Evi” kinokomediyasının quruluşçu operatoru Mixail Xarçenkodur.
Filmin çəkilişləri bu ilin iyul-avqust aylarında Bakıda baş tutub. 30-dan çox fərqli məkanda çəkilimiş filmin montajı, rəng korreksiyası və səs redaktəsi payızda edilib.
Filmdə, həmçinin, Abbas Qəhrəmanov, Xumar Səlimova, Qurban Məsimov, Yadigar Muradov, müğənni Xəyyam Nisanov və aparıcılar DJ Fateh və Mətanət Əliverdiyeva rol alıblar.
Qışın ilk həftəsində ekranlara çıxan filmin üzərində beynəlxalq komanda çalışdığından, ulduzlu aktyor heyəti cəlb olunduğundan və treylerindən də göründüyü kimi, “Oğlan Evi: Azərbaycansayağı Qarət” ilin ən gözlənilən kinokomediyasıdır.
Aytən Sadıqzadə
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı anlar: Qazaxıstan FHN yeni ağır kadrlar paylaşdı
- Aktauda aviasiya qəzası: AZAL-ın təyyarəsi ilə bağlı araşdırmanı niyə məhz Qazaxıstan aparmalıdır?
- İranlı nazir: "İrəvandakı Göy Məscidi bərpa etməyə hazırıq"
- Prezident İlham Əliyev Liviya liderini təbrik edib
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
Rəylər