15 
Yan
2018
15:25
11
21
3244
Virtual karabakh

2017-nin fərqlənən simaları “Azerbaijan Best Awards”da

15 Yan, 2018
15:25
3244

2017-nin fərqlənən simaları “Azerbaijan Best Awards”da

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zirvə” Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə keçirilən “Azerbaijan Best Awards” (ABA) milli mükafatlandırma mərasimi yanvarın 23-də “Boulevard Hotel Baku”da keçiriləcək. 

Oxu.Az xəbər verir ki, mükafat sayılıb-seçilən incəsənət nümayəndələrinə, iş adamlarına, media və şou biznes simalarına, müxtəlif sahələrdə uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq. 

İlk dəfə 2016-cı ildə keçirilən mükafatlandırma mərasimində Xalq artistləri Məleykə Əsədova, Alim  Qasımov, Əməkdar artistlər Röya Ayxan, Tünzalə Ağayeva, müğənnilər Zamiq Hüseynov, Günay İbrahimli, Nura Suri, millət vəkili Qənirə Paşayeva və digər tanınmış məşhurlar mükafata layiq görülüblər.  

Tədbir 18:00-da başlayacaq. Qırmızı xalıdan keçən məşhurlar tədbir bitdikdən sonra “after party”də iştirak edəcəklər. Gecənin xüsusi qonağı qismində Dj Çina iştirak edəcək. Gecənin aparıcısı isə Samir Bayramlıdır.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri