25 
Apr
2020
21:50
94
449
7854
Virtual karabakh

Aygün Kazımova ilə Miri Yusifin “İcazəli” dueti - VİDEO

25 Apr, 2020
21:50
7854

Aygün Kazımova ilə Miri Yusifin “İcazəli” dueti - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artistləri Aygün Kazımova və Miri Yusif yeni layihələrini təqdim ediblər.

Oxu.Az xəbər verir ki, şou-biznesin məşhur simaları bir araya gələrək sözləri Kamal KQB-yə, musiqisi isə Fərid Ağaya məxsus “İcazəli” mahnısını duet şəklində ifa ediblər.

Videoçarxda A.Kazımovanın imici və geyimi üzərində dünya şöhrətli dizayner və modelyer Rüfət İsmayıl çalışıb.

Promo çarx hər iki pop ulduzun rəsmi “YouTube” kanalında dinləyicilərin ixtiyarına verilib.

Qeyd edək ki, bu, Aygün Kazımova ilə Miri Yusifin sayca üçüncü duetidir.

Əlavə olaraq bildirək ki, bundan öncə Xalq artistləri “Petrol” və “Bağışla” adlı mahnıları lentə alıblar.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri