Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Love story: Anna Netrebko və Yusif Eyvazov - FOTO
Oxu.Az dünya şöhrətli “Hello!” jurnalının rus versiyasına istinadən opera müğənnisi Anna Netrebko və azərbaycanlı tenor Yusif Eyvazovun sevgi hekayəsini təqdim edir:
Bu avqustu Anna Netrebko Avstriyada keçirib. Onun Zalsburq opera festivalı çərçivəsində keçirilən konserti alqışlarla qarşılanıb.
Amma budəfəki festival Annanın yadında uzun müddət qalacaq, məhz burada premyeradan sonra o, tenor Yusif Eyvazovla nişanlandı və bunu şənlik təşkil edərək qeyd etdi.
Anna və Yusif gurultulu alqışlardan sonra Romada qalmaqlarını, bir neçə gün qalaraq şəhərdə gəzməklərini, özləri haqqında danışmaqlarını xatırlayırdılar.
Martın əvvəlində onlar ayrılmalı oldular: Anna Venaya, Yusif isə son 16 ildə yaşadığı Milana yollandı.
“Bu baş verdikdə, biz anladıq ki, ayrı qala bilmirik, bu ayrılıq çox təsirli oldu. Martın sonunda Venada görüşdük və bir daha ayrılmadıq”, - Yusif deyir.
Bakılı romantik Yusif Annaya evlilik təklif etdi. O, demək olar ki, düşünmədən razılaşdı:
“Biz Anna ilə elə də çətin adam deyilik, görüşlərimiz eynidir, ümumiyyətlə, çox bənzəyirik. Sadəcə yarımızı tapmışıq, belə olur. Biz hələ də indiyə qədər bir-birimizi tanımadan necə yaşadığımızı anlaya bilmirik”.
Qonaqlar St. Peter Stiftskeller restoranında yığışdılar və Yusif sakitlik xahiş edərək, Annanın atası Yuri Netrebkoya müraciət etdi:
“Hörmətli Yuri Nikolayeviç! Mən onu bütün qəlbimlə sevirəm və xoşbəxtəm ki, bu gözəl qadının yanında olmağıma şadam. Mən tamamən əminəm ki, ömrümün qalan hissəsini onunla keçirmək və onu dünyanın ən xoşbəxt qadını etmək istəyirəm. Mən düşünürəm ki, istənilən kişi sevdiyi qadınla ailə qurmaq, onu qorumaq Tanrı və insanlar qarşısında ona əbədi sevcəyini vəd etmək, onun üzündəki təbəssümün silinməməsini istəyir. Yuri Nikolayeviç, sizə söz verirəm ki, bunu edəcəm!”.
Bəy bu sözləri dedikdən sonra Yuri Netrebko cavab verib ki, onu cəmi bir sutka tanısa da qızını ona etibar edə bilərəm və bu nikaha razıyam, təbii ki, əgər Anna etiraz etmirsə. Yusif Annaya “Mənə ərə gələrsənmi?” soruşduqda Anna gülərək “Hə!” deyib.