27 
Okt
2014
15:40
17
7
3347
Virtual karabakh

“Dəyirman” yenidən birləşir - VİDEO

27 Okt, 2014
15:40
3347

“Dəyirman” yenidən birləşir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Miri Yusifin peşəsi var, Elmirlə mən isə...”.

Keçmiş “Dəyirman” qrupunun üzvləri – Miri Yusif, ABD Malik və Elmir yenidən bir araya gələcəklər.

Oxu.Az xəbər verir ki, bu haqda məlumatı ABD Malik “Onlar” verilişinə müsahibəsində deyib:

“1994-cü ildə “Digital Underground” qrupunun ifa etdiyi sevimli mahnımız var. Uşaqlarla qərara gəldik ki, onu ifa edək və klip çəkdirək. Bu yaxınlarda “Dəyirman”ın köhnə komandası bir araya gələcək”.

Malik qrup üzvlərinin şəxsi biznesindən də danışıb:

“Miri Yusifin bir peşəsi var - müğənnilik. Elmirlə mən isə bizneslə məşğuluq. Hər ikimiz reklam şirkətində rəhbərik”.

İfaçı müğənni Röya Ayxan və xalq artisti Zülfiyyə Xanbabayeva ilə duet oxuyacaqlarını da söyləyib.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri