18 
Noy
2013
14:55
50
18
8482
Virtual karabakh

Aygün Kazımova – 25 il – Video

18 Noy, 2013
14:55
8482

Aygün Kazımova – 25 il – Video

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heç mən o sözü gizli saxlaya bilərdim?”

Dünən xalq artisti Aygün Kazımovanın sənətə gəlməsinin 25 ili tamam oldu.

Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, səhnəmizin Divası ilk dəfə 1988-ci ildə “Bakı payızı” müsabiqəsinə qatılıb və qalib olub.

Aparıcılığını Nərgiz Cəlilovanın etdiyi müsabiqədə Vaqiz Gərayzadənin tələbəsi “Yarım eşitsin məni” adlı mahnını ifa edib. Xalq artisti məhz həmin gün ilk dəfə tac taxıb səhnəyə çıxıb.

Sənətə gəlişinin 25-ci ildönümünü yaxınları, dostları ilə qeyd edən A.Kazımova təəssüratlarını bizimlə bölüşüb:

“Bu günü Elçin İmanov, Ayan Babakişiyeva və bir çox yaxınlarımla qeyd edirəm. Bu hadisədən 25 il ötməsinə baxmayaraq o günü gözəl xatırlayıram. Hətta həmin gecə ilə bağlı maraqlı əhvalatı da sizə danışım. Həmin gün hamı mahnısını oxudu, münsiflər heyəti qalibi müəyyən etmək üçün səhnənin arxasına keçdi. Məndə yavaşca gedib, qapıdan onları pusmaq istəyirdim. Qəfildən qapını Akif İslamzadə açdı. Deyirəm nə oldu, kim qalib gəldi? Soruşdu ki, Aygün Kazımova sənsən? Dedim bəli. Qayıtdı ki, təbrik edirəm qalib sizsiniz, amma hələ heç kimə demə. Heç mən o sözü gizli saxlaya bilərdim? Tez qaçıb Vaqif Gərayzadəyə dedim ki, qalib olmuşam”.

Qeyd edək ki, həmin gün “Pakı payızı” müsabiqəsinin sədri, xalq artisti Tofiq Quliyev A.Kazımova haqqında bu sözləri demişdi:

“Aygün Kazımova Azərbaycan estradası üçün əsl tapıntıdır”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri