"Dünya ictimaiyyəti, əsasən, kolonial və neokolonial siyasətlər deyəndə daha çox siyasi fəsadlara və böhranlara fokuslanır. Halbuki kolonializmin həm iqtisadi, həm mədəni, həm dini, həm də ətraf mühitə vurduğu zərərlər var. Urbanizasiya kontekstində isə mənzil böhranı da bu fəsadları yaradan əsas elementlərdən biridir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində (WUF13) Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.
"Təəssüf ki, bu gün kolonializm ciddi problemlər yaradır. Əsas elementlərdən biri də urbanizasiyadır. Biz də beynəlxalq təşkilatlara burada keçirilən tədbirlər və hazırladığımız hesabatlar vasitəsilə çatdırmaq istəyirik ki, kolonializmin müxtəlif sahələrdə çox böyük fəsadları var. Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda da bu sahədə kolonializmin yaratdığı problemləri dünya ictimaiyyətinə çatdırmaq vacibdir", - deyə icraçı direktor vurğulayıb.