Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Alen Simonyan: "Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq"
"Azərbaycanla növbəti delimitasiya mərhələsinin hansı sahədə aparılacağı barədə hələlik məlumat yoxdur".
Bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
"Məndə belə bir məlumat yoxdur", - o bildirib.
Simonyan vurğulayıb ki, Kirants kəndi ərazisində mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq.
Spikerin sözlərinə görə, davam edən proses yekun sərhədin müəyyənləşdirilməsi üçün zəmin yaradır.
Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb.
Mənbə: Ermənistan KİV
Mövzuya aid xəbərlər
- Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
- Ermənistan polisi Kirantsın girişində aksiya keçirən 14 nəfəri saxlayıb
- Ermənistanda delimitasiya aparılan kəndlə bağlı iddialara cavab: "Sənədləri səhv verilib"
- Paşinyan: “Sərhədlərin delimitasiyası üzrə protokolun imzalanması böyük uğurdur”
- Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb