27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri Zəfər parkını ziyarət edib, vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsini yad ediblər.
Oxu.Az xəbər verir ki, 27 sentyabr - Anım Günü ilə əlaqədar SOCAR-ın kollektivi Zəfər abidəsini ziyarət edərək qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edib.
"Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır!", - SOCAR-dan verilən məlumatda deyilir.













Oxu.Az xəbər verir ki, sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin kollektivi Bakıda Zəfər parkını ziyarət ediblər.
Xatirə daşının önünə gül dəstələri qoyulub, ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.



Oxu.Az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və struktur bölmə rəhbərləri Zəfər parkını ziyarət ediblər.
Respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, xatirə daşının önünə gül dəstələri qoyulub.








Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Zəfər parkını ziyarət edib, abidənin girişindəki xatirə daşının önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.









27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət edənlərin ardı-arası kəsilmir.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbər heyəti də Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkını ziyarət edib, Zəfər abidəsi önünə gül dəstələri qoyub.



27 Sentyabr - Anım Günü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.






Anım Günü münasibətilə Zəfər parkına gələrək şəhidlərin xatirəsini yad edənlərin ardı-arası kəsilmir.
Oxu.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəhbəri olduğu qurumun əməkdaşları parkı ziyarət edərək şəhidlərin xatirəsini yad ediblər.
Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da Zəfər parkını ziyarət ediblər.
Ali Məhkəmənin sədri İnam Kərimov və rəhbəri olduğu qurumun əməkdaşları da Zəfər parkına gələrək abidənin önünə gül dəstələri düzüblər.

Anım Günü münasibətilə dövlət rəsmilərinin Zəfər parkını ziyarəti davam edir.
Oxu.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov və rəhbərlik etdikləri qurumların əməkdaşları parka gələrək Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər.

İctimaiyyət nümayəndələrinin, dövlət rəsmilərinin Zəfər parkını ziyarəti davam edir.
Oxu.Az xəbər verir ki, respublikanın baş prokuroru Kamran Əliyev və qurumun əməkdaşları Zəfər parkını ziyarət ediblər.


Həmçinin başda Elçin Quliyev olmaqla Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və nümayəndələri də Zəfər parkına gələrək Vətən müharibəsi şəhidlərinin xatirəsini anıblar.


Vətən müharibəsinin başlamasının beşinci ildönümündə ictimaiyyət nümayəndələrinin, dövlət rəsmilərinin Zəfər parkını ziyarəti davam edir.
Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və qurumun əməkdaşları Zəfər parkını ziyarət ediblər.


Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və ölkəmizdəki dini konfessiya nümayəndələri də Zəfər parkına gələrək şəhidlərin xatirəsini yad ediblər.


27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət başlayıb.
Oxu.Az xəbər verir ki, rəsmi şəxslər, dövlət qurumlarının əməkdaşları, ictimaiyyət nümayəndələri Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkını ziyarət edir, Zəfər abidəsi önünə əklil və gül dəstələri qoyurlar.
Baş nazir Əli Əsədov başda olmaqla Nazirlər Kabinetinin əməkdaşları, həmçinin Milli Məclisin sədri Sahibə Qafarova və deputatlar, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, müavini Mədət Quliyev Zəfər parkını ziyarət ediblər.




Daha çox foto burada: PhotoStock.az
Xatırladaq ki, Vətən müharibəsi 2020-ci il sentyabrın 27-də başlayıb. 44 gün davam edən müharibə nəticəsində Qarabağ və ətraf rayonlar işğaldan azad edilib.
Aygün Mirakif, Əzizə İsmayılova, Məhərrəm Əliyev