Milli Şurada prezidentliyə vahid namizəd məsələsi öz həllini tapmasa, Müsavat Partiyası seçkilərdə öz namizədi ilə iştirak edə bilər.
Oxu.Az ANS PRESS-ə istibadən xəbər verir ki, bunu Trend-ə Müsavat Partiyanın İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.
Onun sözlərinə görə, Milli Şuranın avqustun 19-da keçiriləcək toplantısına qədər Rüstəm İbrahimbəyovun namizədliyi ilə əlaqədar yaranmış problemlər aradan qaldırılmasa yəqin ki, yenidən Milli Şuranın digər bir intellektualın vahid namizəd irəli sürülməsi barədə təkliflər təkrar ediləcək:
“Ancaq əgər bu məsələdə konsensus alınmasa, bu təklifə qarşı çıxan siyasi partiyalar bu həftə ərzində öz mövqelərini korrektə etməsələr, artıq Müsavat Partiyası olaraq biz seçkilərdə iştirak etməyin digər yollarını aramaq məcburiyyətində qalacağıq”.