AŞPA-da Ermənistanın nümayəndəliyinə qarşı sanksiyaların tətbiqinə dair təklif Assambleyanın Büro iclasının gündəmində durur.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə AŞPA-nın sədri Ann Brasser yay sessiyasının açılışından öncə 23 iyun Strasburqda keçirilən mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, Assambleyanın qaydalarına müvafiq olaraq, erməni nümayəndəliyinin səsvermə hüququndan məhrum edilməsi iyun ayının 27-də keçiriləcək Büro iclasının gündəmində yer alacaq.
Azərbaycanın ərazi bütövlüyünə gəldikdə isə AŞPA-nın sədri bəyan edib ki, Assambleya bu məsələyə dair öz sözünü bir neçə il əvvəl qəbul edilmiş bəyanatda deyib.
“Biz Azərbaycanın ərazi bütövlüyünü qoruyuruq. Bütün üzv ölkələrin ərazi bütövlüyü prioritet məsələdir. Biz bu məsələ ilə əlaqədar işlərə davam edəcəyik”, - o deyib.