"Biz Cənubi Qafqazın potensialını müzakirə etdik".
Oxu.Az xəbər verir ki, bu sözləri İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə brifinqdə deyib.
O, həmçinin xatırladıb ki, bir ildir Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb:
"Sülh hər iki ölkənin xalqı üçün faydalı olacaq. İsveçrə bu yolda tərəflərə dəstək ola bilər. Biz Yaxın Şərq məsələsini, Rusiya-Ukrayna müharibəsini müzakirə etdik".