Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan Çin şirkətləri ilə bərpaolunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalayıb
Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanla Çin şirkətləri arasında "yaşıl enerji" sahəsində bir neçə sənəd imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.
Məlumata görə, imzalanan sənədlər aşağıdakılardır:
- Füzuli rayonunda 160 MVt gücündə günəş enerjisi layihəsi üzrə Energetika Nazirliyi, "China Energy Overseas Investment Co. Ltd." şirkəti və "SOCAR Green" MMC arasında İcra Müqaviləsi,
- Energetika Nazirliyi və "China Energy Overseas Investment Co. Ltd" şirkəti arasında Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memondumu,
- Energetika Nazirliyi və "China Datang Co. Ltd" şirkəti arasında Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumudur.
Sənədlər bərpaolunan enerji layihələrinə investisiya qoyuluşu, texniki-iqtisadi əsaslandırmanın, müvafiq tədqiqatların aparılması, Azərbaycanda bərpaolunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"