Baş nazirinin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti Tel-Əvivə yola düşüb.
Oxu.Az xəbər veri ki, Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti İsrailin keçmiş prezidenti Şimon Peresin dəfn mərasimində iştirak edəcək.
Qeyd edək ki, Ş.Peres sentyabrın 28-də 94 yaşında vəfat edib.
N.O.