"Regionlarda həkim çatışmazlığı var və biz bu məsələni dəfələrlə qaldırmışıq".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu istiqamətdə atılan addımlar öz uğurlu nəticəsini verəcək. Ə.Əmiraslanov qeyd edib ki, həkimlər, əsasən, böyük şəhərlərdə çalışırlar və müəyyən regionda həkim çatışmazlığı problemi var:
"Bu istiqamətdə aparılan işlərdən biri də 65 yaşına çatmış həkimlərin işləməsinə icazə verilməsidir. Bu istiqamətdə Səhiyyə Nazirliyi ilə iş aparılır və ümid edirik ki, 65 yaşına çatmış həkimlərin işləməsinə icazə veriləcək".