Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
Sədr bildirib ki, bu il Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da baş tutacaq.
Qeyd edək ki, Azərbaycanda builki prezident seçkiləri Qurban bayramı ilə eyni vaxta təsadüf etdiyi üçün vaxtın dəyişdiriləcəyi məlum idi.
Ancaq seçkinin konkret hansı günə təyin ediləcəyi bilinmirdi. Bildirək ki, 9 oktyabr həftənin 3-cü gününə təsadüf edir.