Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən 10 vaqon gübrə "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Qeyd olunub ki, 10 vaqon gübrə Ermənistana göndəriləcək.
Vaqonların saat 15:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.
Xatırladaq ki, qeyd edilən marşrutla ötən gün də 8 vaqondan ibarət, çəkisi 536 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.