Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, "Ortaq Baxışlar: Strateji tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu" mövzusuna həsr edilən forumda yerli beyin mərkəzləri ilə yanaşı, ABŞ-nin "Atlantic Council", "New Lines Institute", Hudzon İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu kimi beyin mərkəzləri və "The National Interest" jurnalından nümayəndələr iştirak ediblər.
Forum çərçivəsində ümumilikdə üç sessiya baş tutub.
"Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri", "Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi", "Enerji təhlükəsizliyi və bağlantılar" mövzularına həsr edilmiş sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Vaşinqton sammitinin nəticələri, sammitdən sonrakı münasibətlərin inkişaf prinsipləri, Ermənistan-Azərbaycan sülh prosesinin yeni imkanları və riskləri, həmçinin Cənub Qaz Dəhlizi və Orta Dəhliz layihələrinin inteqrasiyası əsas tezislər olub.
Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilir.
Oxu.Az xəbər verir ki, "Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu" mövzusuna həsr edilən forumda yerli beyin mərkəzləri ilə yanaşı, ABŞ-nin "Atlantic Council", "New Lines Institute", Hudzon İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu kimi beyin mərkəzləri və "The National Interest" jurnalının nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində "Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri", "Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi", "Enerji təhlükəsizliyi və bağlantılar" mövzularına həsr edilmiş sessiyaların keçirilməsi nəzərdə tutulur.
Daha çox şəkil: Photostock.az
Məhərrəm Əliyev