Bakıda "Şəhərlər bağlantının mərkəzində: Yenidənqurma və regional əməkdaşlıq" mövzusunda tədbir keçirilir.
Oxu.Az xəbər verir ki, tədbir Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutur.
Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Trabzon şəhər bələdiyyəsinin başçısı Ahmet Metin Genç və digər rəsmilər iştirak edirlər.
Tədbir çərçivəsində Şuşa və Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandumun imzalanacağı gözlənilir.
Daha çox foto burada: PhotoStock.az